Gallia Lindensraus: “İsrail Azərbaycanla münasibətlərə böyük önəm verir”
Tarix: 20.10.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“İsrail Azərbaycanla münasibətlərə böyük önəm verir. Türkiyə-İsrail münasibətlərinin gərginləşməsindən sonra Ankara tərəfindən olan təzyiqlərə baxmayaraq, İsrail-Azərbaycan münasibətləri yaxın qaldı”.
Bunu İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə eksperti Gallia Lindensraus deyib.
 
O bildirib ki, bu, İsrail tərəfdən yüksək qiymətləndirilib: “İsrail xeyli müddət enerjiyə ac olub. Enerji təhlükəsizliyi İsrail üçün uzun müddət ən vacib məsələlərdən biri olub. İsrail neftin 40 faizini Azərbaycandan alır. Düzdür, ölkəmizin indi dəniz sahillərində təbii qaz yataqları aşkar edilib. Əvvəlki dövrə nisbətən daha az enerjiyə ehtiyac duyulsa da, hələlik neft amili çox vacibdir”.
 
Ekspert bildirib ki, aprel hadisələrindən sonra İsrailin Azərbaycanın xeyrinə bəyanat verməməsindən Bakı o qədər məmnun olmasa da, döyüşlərdə Azərbaycan İsraildə istehsal olunan texnikadan istifadə edib: “Bu isə Azərbaycan tərəfi üçün münasibətlərin çox faydalı olduğunu sübut edir. İsrail silahlarından istifadə müharibənin gedişatını dəyişdi”. 
 
Ekspert Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük amilin Rusiya olduğunu bildirib: “Düşünürəm ki, Rusiyanın bu münaqişənin həllində marağı yoxdur və o, bu münaqişənin davam etməsindən faydalanır. Erməni diasporu da bu məsələdə vacib rol oynayır. Lakin diaspor Türkiyəni Dağlıq Qarabağ məsələsinə qatmamalıdır. Burada Türkiyə Azərbaycana çox dəstək verir. Bu münaqişənin 1915-ci ildə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Biz bu əlaqəni qırmalıyıq. Başqa bir məsələsə isə Naxçıvan amilidir. Münaqişənin həlli Naxçıvanı təcriddən azad edə bilər. Ermənistanın bunu istədiyini düşünmürəm. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, bu ərazidə hər zaman nələrsə baş verir. Rusiya burada böyük rol oynayır”. 
 
O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycana təhlükə törətmədiyini bildirib: “Fikrimcə, iki ölkə arasında sərhədlərin açılması Azərbaycan üçün də yaxşı olar”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info