Şəhid ailəsinə yeni ev verilib
Tarix: 20.10.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Bu ilin aprelində cəbhədə ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kənd sakini Ülvin Məmmədovun ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ev inşa edilib.
Oktyabrın 20-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyublar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş evin açarı şəhidin ailəsinə təqdim olunub.
Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 kvadratmetrlik 3 otaqlı ev hər cür şəraitlə təmin edilib. Həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkilib.
İctimaiyyət nümayəndələri Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.
Şəhidin anası oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info