Moskvada dövlət müstəqilliyimizin bərpasının 25 illiyi bayram edilib
Tarix: 20.10.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Moskva İctimai Təşkilatlar Evində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş böyük bayram tədbiri keçirilib.
Rusiyada çoxsaylı üzvü olan diasporumuz, Azərbaycan bu ölkənin bütün regionları ilə çoxdan bəri səmərəli əlaqələrə malikdir. Ona görə də Azərbaycanın Dövlət Müstəqilliyi Gününün Rusiyanın bir çox şəhərlərində qeyd edilməsi təəccüblü deyil. Moskva İctimai Təşkilatlar Evinə də bu münasibətlə xeyli adam toplaşıb. Foyedə təşkil edilmiş “Azərbaycan multikulturalizm ölkəsidir” adlı sərgidə AZƏRTAC-ın arxivindən olan fotomateriallar təqdim edilib, müasir Azərbaycanın həyatından sənədli film nümayiş olunub.
Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Ağadadaş Kərimov Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixindən danışıb.
MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev qeyd edib ki, Azərbaycan çox mürəkkəb yol keçib. Lakin bu gün əminliklə demək olar ki, ölkənin böyük gələcəyi var. “Bəzən adama elə gəlir ki, Azərbaycan kiçik dövlətdir, lakin bu, doğru deyil. Çünki ölkənin çəkisi onun sahəsinin ölçüsü ilə deyil, böyük, nəhəng işlərdə iştirakı ilə bağlıdır”, - deyə V.Yevseyev vurğulayıb.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev təbrik müraciətində qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dünya arenasında öz mövqeyini möhkəmləndirib. Ən başlıcası isə bu illər ərzində öz vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına nail olub.
Deputat Dmitri Savelyev Rusiya ilə Azərbaycan arasında uğurla inkişaf edən münasibətləri xüsusi qeyd edərək deyib: “Ölkələrimizin ortaq dəyərlərə və həyat prinsiplərinə əsaslanan sıx qarşılıqlı səmərəli əməkdaşlığı mehriban qonşuluq siyasətinə bariz nümunədir. Bu işə Rusiya ərazisində Azərbaycan mədəniyyətinin özünəməxsusluğunun qorunub saxlanmasına, xalqlarımız arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edən ictimai təşkilatlar böyük töhfə verir”.
Bu barədə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov da öz təbrik nitqində danışıb. O vurğulayıb ki, ölkələri yüzillər boyu dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Aleksey Şapoşnikov Rusiyanın, o cümlədən Moskvanın Azərbaycan ilə bütün istiqamətlərdə - istər humanitar sahədə, istərsə də birgə iqtisadi layihələrdə hər iki xalqın rifahı naminə əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu bildirib.
Bu gün təkcə paytaxt sakinləri deyil, digər şəhərlərin nümayəndələri də azərbaycanlıları milli bayram münasibətilə təbrik edə biliblər. Ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri Azərbaycanın – ərazisində yaşayan xalqların zəngin tarixinə və ənənələrinə hörmət əsasında qurulmuş uğurlu dövlətin ünvanına ən səmimi sözlərini deyiblər.
Bakıdan videokörpü zamanı Rusiya diasporunun nümayəndəsi, Azərbaycan Kazak Həmyerlilər Birliyi atamanının müavini Vadim Suxarev də qeyd edib ki, Azərbaycan burada müxtəlif millət və dinlərin nümayəndələrinin yanaşı, əmin-amanlıq və anlaşma şəraitində yaşaması ilə haqlı olaraq qürur duymalıdır.
Moskva Multikulturalizm Mərkəzinin rəhbəri Nataliya Krasovskaya hamını bayram münasibətilə təbrik edərək deyib: “Mən sizin qonaqpərvər, istiqanlı xalqınızı və gözəl ölkənizi sevdiyimi etiraf etmək istəyirəm. Mənim həyatım xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin qorunduğu Azərbaycan ilə hələ uzun müddət bağlı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info