Naftalanın küçələrində təmir-bərpa işləri davam etdirilir
Tarix: 20.10.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Şəhərin çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılır


Naftalan şəhərində son illər turizmin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bununla yanaşı şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmış, geniş quruculuq və abadlıq işlərinə başlanılmış və hazırda da bu işlər davam etdirilir.
Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili kommunikasiya xətləri yenilənmiş, o cümlədən yeni istilik sistemi quraşdırılmışdır. Modul tipli üç yeni qazanxana tikilərək istifadəyə verilmişdir.
Bu işlərin başa çatması ilə binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni yol və səki daşları düzülmüş, yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda sakinlərin və Naftalana gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yeni yaradılan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları quraşdırlımışdır. Yaşıllıq salınan əraziyə münbit torpaq daşınmış və yayılmışdır.Binaların qarşısında ümumilikdə 500-dən artıq çinar ağacı əkilmişdir.
Hazırda anoloji işlərin digər küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilməsinə başlanılıb. İlk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənir, köhnə səki və yol daşlarının sökülüb yenisi ilə əvəz olunur.
Aparılan quruculuq və abadlıq işləri şəhəri daha da gözəlləşdirir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info