Bakı sakinləri ən çox hansı ictimai nəqliyyatın xidmətindən yararlanır ?
Tarix: 20.10.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


ACT Azərbaycan 11-14 sentyabr tarixlərində Bakı şəhərində ictimai nəqliyyatdan istifadə ilə bağlı maraqlı sorğu aparıb.
Rəyi soruşulan respondentlər arasında avtobus digər nəqliyyat vasitələrinə nisbətən daha populyardır (49%). İkinci pillədə şəxsi avtomobillər qərarlaşıb (29%). Metro üçlüyü 13 % səslə tamamlayır. Taksi xidmətindən yararlananlar sorğuda 4 % təşkil edib. Şəhərdə dost-tanışının avtomobili ilə hərəkət edənlər 2 % səs toplayıb. Eyni faiz göstəricisi piyada gəzməyə üstünlük verənlərə də aiddir. 1% respondent isə xidməti maşından yararlanır. 

Gündəlik müxtəlif ictimai nəqliyyatdan istifadə edən respondentlərin nəqliyyat xərclədikləri də bir-birindən fərqlənir. Sorğuda iştirak edənlərin 35 %-in gündəlik nəqliyyat xərci 1 AZN-ə bərabərdir. Xərci iki dəfə çox çıxanlar 16 %-dir. Yollara gün ərzində 3 AZN pul ödəyənlər sorğuda 5 % təşkil edirlər. 11 % isə bir iş günü ərzində ictimai nəqliyyata 5 AZN xərc çəkir. 3 % respondent isə yol xərci üçün 6 AZN-dən keçməli olur. Respondentlərin ən səxavətliləri isə bir gün ərzində ictimai nəqliyyata 10 AZN xərcləyirlər (4 %). 

Bakı şəhərinin ümumi nəqliyyat durumundan narazı olanlar sorğuda 38 % təşkil edir. 56 % isə nəqliyyat sistemində hər hansı problem görmür. 

Respondentlərdən soruşulan növbəti sual Bakı şəhərində ictimai nəqliyyatda hansı dəyişikləri arzuladıqları ilə bağlıydı. Rəyi soruşulanların 34 %-i bütün avtobusların kart sisteminə keçirilməsinin tərəfdarı olduğunu bildirib. 33 % respondent avtobuslarda, 20 % isə metro qatarlarında kondisionerlərin quraşdırılmasını təklif edib. 6 % respondentin nəqliyyatla bağlı arzusu bütün avtobusların Baku Bus sisteminə keçirilməsidir. Sürücülərin daha etik davranması (5 %) və avtobus salonlarının təmiz olması (4 %) da respondentlərin istəkləri sırasına daxildir. Avtobusların sayının artması (4 %), onların yenilənməsi (4 %) və sürücülərin normadan artıq sərnişin götürməməsi (4 %) sorğuda eyni bal toplayıb. Sürücülərin nəqliyyat vasitələrini yalnız dayanacaqlarda saxlaması, intervallara əməl etmələri, sürücü və sərnişinlərin mədəniyyətlərinin artması da eyni faiz respondentin arzusudur (3 %). Metro qatarlarında və avtobuslarda pulsuz WI FI istəyənlər də 3 % təşkil edir. İctimai nəqliyyatda oturacaqların sayının azlığından və qiymətlərin baha olmasından narazı olanlar 2 %-dir. Keçmiş günlərin nostalgiyası ilə yaşayanlar və tramvayların bərpasını arzu edənlər isə sorğuda 2 % səs toplayıb. 

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info