Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri universitetdə
Tarix: 21.10.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Kerol Meri KroftsNaxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq muxtar respubikada elm və təhsil sahəsində qazanılan nailiyyətlərdən danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Görüş zamanı təcrübə mübadiləsi, universitetlərarası əlaqələrin, virtual əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi, “elektron universitet” quruculuğu istiqamətində görülən işlər maraqla qarşılanıb. Jurnalistika ixtisası üçün mükəmməl praktiki baza rolunu oynayan Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, Universitet Televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti, ali məkrəblə ölkənin kütləvi informasiya vasitələri arasındakı səmərəli əməkdaşlıq barədə səfirə məlumat verilib. Britaniyanın diplomatik təmsilçisi Elmi kitabxananın fondu, elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə də tanış olub. Sonra Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Kerol Meri Krofts Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Səfir Naxçıvandakı qonaqpərvərlik və səmimiyyətdən, inkişafdan, təhsilə göstərilən diqqətdən, muxtar respublikanın təbiətindən məmnunluğunu ifadə edib. Çıxışda iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışılıb. Səfir tələbələrin İngiltərədəki təhsil sitemi, müəllim və tələbələr üçün səfirliyin təşkil etdiyi onlayn ingilis dili kursları, Böyük Britaniyadakı MBA Təqaüd Proqramı barədə suallarını cavablandırıb, gələcək diplomatlara tövsiyələrini çatdırıb.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info