“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir
Tarix: 21.10.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib. Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov “Elm aylığı”na aid tədbirlər planı ilə iştirakçıları tanış edib. Bildirib ki, “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir. Tədbirlər planı çərçivəsində UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsinın keçirildiyini diqqətə çatdıran S.Yaqubov onları müsabiqədə aktiv iştirak etməyə çağırıb. UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnsitutunun (İAETİ) elmi katibi Rafail Rzayev Jan Tirolun həyatı və elmi fəaliyyəti haqqında təqdimatla çıxış edib. Məruzəçi J.Tirolun Nobel mükafatına layiq görüldüyü “bazar hakimiyyəti və tənzimləmənin təhlili” elmi işinin əsas məqamlarından danışıb. Qeyd edib ki, Jan Tirol antiinhisar tənzimlənməsi və işgüzar nüfuzun iqtisadiyyata təsiri nəzəriyyəsinə dair 100-dən çox əsərin müəllifidir. Təqdimatda J.Tirolla əməkdaşlıq edən dünyanın görkəmli alimlərinin onun haqqındakı fikirləri də səsləndirilib. Tədbir müzakirələrlə davam edib. Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, “dəyirmi masa”lar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi də keçiriləcək. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info