Kreml Suriyada həlledici döyüşə hazırlaşır
Tarix: 21.10.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Röyters”: “Rusiya Şimal donanması ilə yanaşı, Baltik dənizindəki donanmanın da müəyyən hissəsini Suriya sahillərinə
göndərib”


“New York Times” nəşri ABŞ kəşfiyyatının məlumatlarına istinadən Vaşinqtonun Rusiyanın tezliklə yeni qanadlı raketlərlə silahlanmasından ehtiyat etdiyi barədə məlumat yayıb.
Qəzet son illər Rusiyanın yeni yerüstü orta mənzilli raket sahəsində əldə etdiyi tərəqqisini etiraf edərək, bunun orta və qısa mənzilli raketlər barədə müqavilənin pozulması kimi qələmə verir: “ABŞ administrasiyası belə hesab edir ki, uçuşların test proqramını təmin etmək adı altında Rusiya nəzərdə tutulduğundan artıq raket istehsal edir. Bu raketlər son anda ölkənin silahlı qüvvələrinin təchizatına ötürülür ki, bu da narahatlıq doğurmaya bilməz”. ABŞ Konqresinin Nümayəndələr Palatasının iki komitə rəhbərli prezident Barak Obamaya qorxu dolu oxşar məktub göndəriblər. Onlar prezident Obamadan Moskvaya qarşı yeni qadağalar və hərbi xarakterli tədbirlər görməyə çağırış ediblər.

“New York Times”:
“ABŞ Rusiyanın yeni silahlarından ehtiyatlanır”


Konqresmenlər öz müraciətlərində Obamanı Rusiyanın orta və qısa mənzilli raketlərin ləğv edilməsi haqqında sazişə əməl etmədiyini, yerüstü orta mənzilli raketlərin yeni təcrübədən keçirməsi barədə xəbərdar ediblər. Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Suriyada baş verən hadisələr fonunda daha da soyuqlaşmağa doğru gedir. Məlumatlara görə, Rusiyanın Şimal donanmasının əksər gəmiləri Suriyaya sahillərinə göndərilib. “Röyters” agentliyinə bu barədə danışan yüksəkrütbəli diplomatın sözlərinə görə, Rusiya Şimal donanmasının gəmiləri ilə yanaşı, Baltik dənizindəki donanmanın da müəyyən hissəsini münaqişə zonasına göndərib. Diplomat “soyuq müharibə” başa çatdıqdan sonra Rusiyanın belə bir addım atmasını ən böyük əməliyyat kimi dəyərləndirib. Diplomatın fikrincə, Rusiya donanmasının bu əraziyə göndərilməsi Rusiyanın döyüş arsenalının artırılması və Suriyada hərbi əməliyyatlara son verməyə hesablanıb. Bildirlir ki, Kreml Suriyada həlledici döyüşə hazırlaşır-terrorçulara sarsıdıcı zərbələr endiriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info