Ermənistanda gənclərin 39,1 faizi işsizdir
Tarix: 21.10.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik böhranı yaşanır. İşğalçı ölkədə təkcə gənclərin 39,1 faizi işsizdir. Ermənistan Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. İşsizlərin 79,8 faizi qadınlar, 48,6 faizi isə 16-44 yaş arasında olanlardır.
İşğalçı ölkədə gənclər arasında işsizlik kritik həddədir. Beynəlxalq Əmək təşkilatının bununla bağlı hesabatında deyilir ki, 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17,3, qızlar arasında isə 17,7 faiz olacaq ki, bunun da böyük əksəriyyəti Ermənistanın payına düşəcək. Hazırda Ermənistanda təkcə gənclər arasında işsizliyin səviyyəsi 39,1 faizdir. Hökumətin üç il əvvəl “Məşğuliyyət haqqında” qanunda dəyişiklik etməsi vəziyyəti bir qədər də gərginləşdirib. Qanun layihəsinə əsasən, işsizlik müavinəti ləğv edildi. Buna qədər Ermənistanda rəsmən qeydə alınmış işsizlərə 18 min dram, təxminən 35 manat aylıq müavinət verilirdi. Gənclərlə yanaşı, orta yaşlı vətəndaşlar da iş tapa bilmirlər. Bu isə etirazlara səbəb olur. İrəvanın mərkəzi meydanında Vardenisdən gəlmiş Armen Yeranosyan adlı işsiz vətəndaş isə aclıq elan edərək ağzını tikib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info