Millimizdən fantastik nəticə - 45 pillə irəliləyiş
Tarix: 21.10.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. FİFA-nın saytının yaydığı xəbərə görə, ötən ayla müqayisədə komandamız düz 45 pillə irəliləyib və hazırda 404 xalla 88-ci pillədə qərarlaşıb. Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb. Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq. Qeyd edək ki, noyabrın 11-də millimiz Belfastda Şimali İrlandiya millisi ilə qarşılaşacaq. Belfastda keçiriləcək görüş FİFA reytinqindəki mövqeyimizə ciddi təsir edə bilər. Robert Peosineçkinin yetirmələri Belfastda qələbə qazansa, reytinq xalımız 538-ə çata bilər. 134 xallıq qazanc yığma tarixinin ən yüksək pilləsinə qalxmaq imkanı verəcək. Millimiz 538 xalla 65-ci yerdə ola bilər. Səfər heç-heçəsi aktivimizə 33 xal gətirəcək. 437 xal isə indiki siyahıda 82-ci yer üçün kifayət edər. Bu, 81-ci olan qrupdakı rəqibimiz Norveçi izləmək imkanı deməkdir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info