Avtomobil nəqliyyatı ilə 1406,1 milyon sərnişin daşınıb
Tarix: 21.10.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb. Yük daşınmasında müşahidə olunan geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalarda azalmalarla bağlı olub.
Yüklərin 63,8 faizi avtomobil nəqliyyatı, 27,0 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4 faiz artıb. Bu ilin sentyabr ayında isə avqusta nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 faiz və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz yüksəlib. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.
 



Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info