Hacıqabulda sahibkarlıq inkişaf edir
Tarix: 21.10.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Hacıqabul Rayon İcra Hakimiyyətində 2016-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, cari ilin doqquz ayında rayon üzrə ümumməhsul buraxılışının həcmi 168 346.9 min manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 307.2 min manat çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 67,2 faiz təşkil edib.
Bildirilib ki, ötən dövrdə kənd təsərrüfatında məhsul buraxılışının həcmi 101534,4, sənayedə isə 2995.8 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 8,8 faiz, sənayedə 0,1 faiz artım müşahidə edilib. Rayon iqtisadiyyatının bütün sahələrində əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 6799.8 min manata çatıb.
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ bütün tərəvəz məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib.
Vurğulanıb ki, ötən müddətdə 47.310 ton taxıl, 20.096 ton tərəvəz, 8787 ton meyvə, 439 ton kartof tədarük olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 3329 ton, tərəvəz istehsalı 12 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı isə 11 ton artıb.
Yığıncaqda bildirilib ki, heyvandarlıq və quşçuluq sahəsində də nəzərəçarpacaq artım müşahidə edilib. Ət, süd, yun, yumurta istehsalı artıb. Hesabat dövründə süd istehsalı 12 385 ton, ət istehsalı 7234 ton olub, yumurta istehsalı isə 235 820 min ədədə çatıb. Rayon üzrə iribuynuzlu heyvanların sayı 38 264 başa, xırda buynuzluların sayı isə 135 486 başa çatıb.
Həmçinin diqqətə çatdırılıb ki, gələcəkdə də nailiyyətlərin sayını artırmaq məqsədilə hazırda bir sıra tədbirlər görülür. Torpaqların suvarma suyu ilə tam təmin olunması üçün sututarlar yaradılır, kanallar çəkilir.
Hesabat dövründə rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilib, sahibkarlığın inkişafı sürətləndirilib.
Yığıncaqda rayonun elektrik təchizatının, əhalinin təbii qaza, içməli suya olan tələbatının yaxşılaşdırılmasından, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən işlərdən də bəhs olunub.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
“40 yaşlı xəstəmizi itirdik, koronavirus artıq yaşa baxmır“ - VIDEO
06.06.2020
Azərbaycanda işləyən dövlət qurumlarının siyahısı
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info