Gənclərin Olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüşü olub
Tarix: 21.10.2016 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında gənclərin stend atıcılığı üzrə Olimpiya çempionu, ikiqat dünya çempionu, üçqat Avropa çempionu Zemfira Meftahətdinova ilə görüşü keçirilib.
Görüşə giriş sözü ilə başlayan ATGTİ-nin departament rəhbəri Ləman Cavadova görüş haqqında qısa məlumat verdikdən sonra sözü Olimpiya çempionu Zemfira Meftahətdinovaya verib. Çempion Z.Meftahətdinova görüş zamanı gənclərə idmana gəlməsi barədə danışıb, onlarla öz təcrübələrini bölüşüb və daha sonra isə gənclərin suallarını ətraflı cavablandırıb. Görüş zamanı çempion uşaqlıqda, qısa müddət də olsa, gimnastika ilə məşğul olduğunu, sonra stend atıcılıq idman növünə keçmək qərarına gəldiyi barədə danışıb. Z.Meftahətdinova uşaqlıqda məşğul olduğu gimnastikanı tərk etmə səbəbi barədə ətraflı gənclərlə həmsöhbət olub.
Sonda gənclərə öz tövsiyələrini verən çempion ATGTİ-nin fəxri qonaqlarının xatirə dəftərinə öz ürək sözlərini yazıb və gənclərlə xatirə şəkli çəkdirib.
Tural






 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Qəzet köşklərində kitab satışını genişləndirmək olar”
17.01.2019
Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb
17.01.2019
Külək bir neçə ağacın sınmasına səbəb olub
17.01.2019
Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info