“AtaSığorta”nın sığorta yığımları artıb
Tarix: 21.10.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“AtaSığorta” ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Məlumata əsasən cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8,0 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 % artıb. AtaSığorta 2016-cı ilin 9 ayı ərzində 2,5 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi isə 35,0 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artıb. “AtaSığorta” ASC-nin 2016-cı ilin 9 ayı üzrə balans mənfəəti 1,8 milyon manat təşkil edib.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta” ASC-nin 6 filial ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəlik ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 21 satış ofisi fəaliyyət göstərir. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info