AZAL-dan telefon qadağası
Tarix: 21.10.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


AZAL reyslərində Samsung Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan edib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, AZAL reyslərində “Samsung Galax Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olunur. Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.
Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsinə icazə verilməyə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri göstərmir.
Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.
Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişin tərəfindən tələb olunmayana kimi hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.
QSC-dən bildirilib ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada bilər, lakin “Azərbaycan Hava Yolları” QSC üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir.
 



Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Ermənilər Ağdamın Güllücə kəndində yanğın törədib
20.08.2019
Gürcüstanda cinayətkarlıq halları artıb
20.08.2019
Prezidentin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20.08.2019
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
20.08.2019
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info