Gəncədə aqrar sənaye kompleksi yaradılacaq
Tarix: 21.10.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Gəncədə ərzaq təminatının yaxşılaşdırılması və əhalinin ekoloji cəhətdən sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün 5 min hektar sahədə aqrar sənaye kompleksi yaradılacaq.
Bu barədə Gəncə şəhərində cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, layihə iki mərhələdən ibarət olacaq və qarşıdakı 2 ili əhatə edəcək. Gəncədə ərazi etibarilə minlərlə hektar əkin sahələrinin olmadığı nəzərə alınaraq, aqrar sənaye kompleksinin yaradılması üçün ətraf rayonlardan istifadəyəyararlı torpaq payı ayrılacaq.
Vurğulanıb ki, aqrar sənaye kompleksinin yaradılması üçün beynəlxalq təcrübə öyrənilib, Belarusun Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılıb. Layihənin uğurla icra olunması məqsədilə həm Aqrar Universitetin alimlərinin, həm də bu sahədə təcrübəli mütəxəssislərin və iş adamlarının təklifləri dinləniləcək. Eyni zamanda, beynəlxalq təcrübə ilə daha yaxından tanış olmaq məqsədilə yaradılan komissiyanın üzvləri bu sahədə müsbət ənənələri olan Belarusa səfər edəcəklər.
Yeni yaradılacaq kompleks əkinçilik, maldarlıq, quşçuluq və digər istiqamətlərə bölünəcək. Kompleksdə 5 min başlıq iribuynuzlu heyvandarlıq təsərrüfatı, yem zavodu, süd və süd məhsulları zavodu, ət kəsimi sahəsi, həmçinin digər tədarük məntəqələri, emal və istehsal müəssisələri fəaliyyət göstərəcək.
Aqrar sənaye kompleksinin fəaliyyətə başlaması Gəncə və ətraf rayonlarda yaşayan minlərlə insanın yeni iş yerləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info