SOCAR və “ASAN xidmət” Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalayıb
Tarix: 21.10.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bakıda SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib. İmzalanma mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri  İnam Kərimov, şirkət  və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.  
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri  İnam Kərimov SOCAR və “ASAN xidmət”in əməkdaşlığının əhəmiyyətindən geniş danışıb. O bildirib ki, SOCAR ASAN Xidmət vasitəsilə “ABAD Xidmət” - Ailə Biznesinə Asan Dəstək layihələrinə öz töhfəsini verəcək: “İnanırıq ki, əməkdaşlıq uğurlu olacaq”.
Tədbirdə çıxış edən R. Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə SOCAR-ın rolundan bəhs edib. O qeyd edib ki, qeyd dib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb. Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və amartizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan SOCAR ilə “ASAN xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR prezidenti 20 sentyabr – 10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb. O, prezidentinin fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “ABAD” – Ailə, Biznesinə Asan Dəstək mərkəzlərinin rolunu yüksək qiymətləndirib.
 SOCAR prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq. Daha sonra SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R. Abdullayev qeyd edib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur. R. Abdullayev bildirib ki, “ASAN xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün dövlətimizin və vətəndaşlarımızın nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib.
Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişini şirkət prezidenti Rövnəq Abdullayev və “ASAN xidmət”in rəisi İnam Kərimov imzalayıblar.
Sonda SOCAR İstiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə “ASAN xidmət”in bir qrup əməkdaş və könüllülərinə Şirkətin Fəxri fərmanları və sertifikatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info