Şəkidə “Erkən nikahlara qarşı ictimai mübarizə”mövzusunda təlimi keçirilib
Tarix: 21.10.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Gənc Sahibkarlar Klubu (GSK) İctimai Birliyi tərəfindən Şəkidə “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı təlim keçirilib. Bu barədə GSK-nin Mətbuat xidmətindən saytımıza məlumat verilib.
Təlimdə öncə GSK sədri Salman Umudov çıxış edərək təşkilat haqqında danışıb və “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı layihə barədə ətraflı məlumat verib: “GSK İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının son müsabiqədə maliyyələşdirdiyi “Erkən nikahlara qarşı ictimai mübarizə” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində 5 rayonda: Quba, Şəki, Yevlax, Tovuz və Lənkəran rayonlarının hər birində 2 gün olmaqla təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin məqsədi regionlarda məktəbyaşlı qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakıyla seminarlar vasitəsilə ictimai qınaq, ictimai maarifləndirmə kampaniyasına, regional TV-lərdə maarifləndirici video çarxların və sosial reklam xarakterli roliklərin hazırlanması və yayımına başlamaqdır. Məqsəd erkən nikahların yalnız azyaşlı qızlara və onların gələcəkdə doğulacaq uşaqlarına deyil, eləcə də ailə institutuna, bütövlükdə cəmiyyətə və onun mili genefonduna mənfi təsir göstərdiyini sosial bəla kimi gündəmə gətirməkdir”.
Sözügedən təlimlər hüquqşünas Zaur Quliyev tərəfindən həyata keçirilib. Təlim iştirakçılarına erkən nikah, onu doğuran səbəblər və fəsadları barədə söz açılmış, erkən nikahın qanunla qadağan olunduğu, erkən nikaha məcburetmənin cinayət məsuliyyəti yaratması barədə geniş məlumat verilib. Eyni zamanda məktəblilərə erkən nikah problemini əks etdirən video-çarx nümayiş etdirilib, layihə iştirakçılarına lahiyənin keçirilməsi məqsədi ilə xüsusi hazırlanmış yaddaş kitabçası və broşurlar təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info