General-mayor Mustafa Nəsirovun 95 illik yubileyi qeyd edilib
Tarix: 21.10.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında mühüm xidmətlər göstərmiş general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Mustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasında onun mühüm xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə səslənib.
Tədbirdə müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, gənclər və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Mustafa Nəsirovun həyat və şərəfli döyüş yolundan bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, Mustafa Nəsirovun onun peşəkar hərbçi, sərhədçi kimi Vətən qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Böyük Vətən müharibəsində rəşadət göstərən Mustafa Nəsirov bütün ömrünü bu şərəfli peşəyə həsr edib. O, sovet dövründə sərhəd qoşunlarında xidmət edən ilk azərbaycanlı general olub. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib.
Diqqətə çatdırılıb ki, 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatinin inkişafına böyük töhfələr verib. Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Tədbirdə digər çıxış edənlər də M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs edib. Bildirilib ki, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun da xidmətləri var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info