“Bu il 241 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib”
Tarix: 21.10.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay  rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
qəbul zamanı vətəndaşların müraciətlərində dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması və s. məsələlər əksini tapıb. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. 
 
S.Müslümov cari ilin ötən dövründə respublikanın ayrı-ayrı bölgələrində 123 fərdi evin və 118 mənzilin istifadəyə verildiyini, ümumilikdə 241 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Cari ildə Göyçay və Şamaxı rayonlarında da 3 fərdi ev istifadəyə verilib. Bu beş rayon üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 15 fərdi ev tikilir ki, onlardan əksəriyyətində son tamamlama işləri aparılır. Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış binası inşa olunur. Qarşıdakı dövrdə də bu rayonlarda yeni fərdi evlərin tikintisi planlaşdırılır”.
 
Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin bir qisminin həlli ilə bağlı nazirin tapşırığına uyğun olaraq yerindəcə müvafiq tədbirlər görülüb. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri barədə məlumatlar verilib və onlar seçdikləri iş yerlərinə göndərişlə təmin olunublar. S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən cari ildə aktiv məşğulluq tədbirlərinin bütün ölkə üzrə, o cümlədən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da gücləndirildiyini qeyd edib: “Cari ilin 9 ayında məşğulluq orqanlarının xətti ilə bu rayonlar üzrə 2933 nəfər vətəndaş münasib işlərlə, 102 nəfər vətəndaş ödənişli ictimai işlərlə təmin edilib, 445 nəfər vətəndaş isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”.
 
S.Müslümov “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamın praktik icrası işlərinin Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da davam etdirildiyini diqqətə çatdırıb: “Hazırda sakinlərini qəbul etdiyimiz bu beş rayon üzrə 80 nəfərdən çox işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramı üzrə təlim kursları keçirlər. Bu kursları bitirdikdən sonra həmin şəxslərdən uğurlu biznes-planlara sahib olan vətəndaşlar müvafiq Komissiya tərəfindən müəyyən ediləcək və onların özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər görüləcək”.
 
Müraciət edənlərdən bir qismi bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər. 
 
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info