Müxalifətin xalqa deməyə sözü varmı?
Tarix: 28.03.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Müxalifət qəzetlərində müxalifət partiyalarının yaz aylarında regionlarda xalqla görüş keçirməyi planlaşdırdıqları haqqında informasiyalar yayılıb. Bununla onlar prezident seçkiləri qabağı öz siyasi fəaliyyətlərini genişləndirmək niyyətindədirlər. Bayram günlərində müxalifət nümayəndələri öz rayonlarına gedib, qohum-əqrəba ilə görüşüb. Sonra mətbuatda bunun adını “xalqla görüş” qoyurlar. İndi mətbuatda xalqla görüşlər keçirəcəklərini qeyd edən müxalifətin, görəsən, xalqa deməyə nəsə sözü varmı?
Gəlin 2008-ci il prezident seçkilərindən ötən 5 il ərzində müxalifət partiyalarının fəaliyyətinə nəzər yetirək. Artıq prezident seçkiləri yaxınlaşır, lakin müxalifət nə keçirdiyi görüşlərdə, nə toplantılarda, nə də dövri mətbuatda heç bir alternativ təklif və proqramla çıxış edə bilməyib. Heç bir müxalifət partiyası hakimiyyətə gələcəkləri təqdirdə hansı işlər görməyi planlaşdırdığı, xalqın rifah halını hansı yollarla yüksəltməyi düşündükləri və hansı sahədə islahat keçirə biləcəkləri haqqında danışmır. Müxalifətin daxili siyasətlə yanaşı, xarici siyasətlə də bağlı hazır “yol xəritəsi” yoxdur. Belə ki, müxalifət partiyalarının üzvləri arasında xarici siyasətlə bağlı məsələlərə çoxmeyillilik diqqəti cəlb edir. Müsavat partiyasının lideri İsa Qəmbərin mətbuata verdiyi açıqlamasında da bunu bildirməsi deyilənləri bir daha təsdiq edir.
Bütün bunlar bir yana dursun, seçkilərdə qələbə qazanmaq istəyən müxalifət partiyalarının öz aralarında birliyin olmaması onların vahid mövqedən çıxış etməsinə mane olur, müxalif düşərgənin mövqelərini sarsıdır və prezident seçkilərində müxalifətin qələbə qazanma ehtimalını heçə endirir. Bu isə son nəticədə onsuzda xalq arasında sosial bazası olmayan müxalifət partiyaların nüfuzunu daha da aşağı salır və xalq heç bir fəaliyyət proqramı ortaya qoya bilməyən müxalifətin hakimiyyətə gələcəyi təqdirdə heç bir şey edə bilməyəcəyinə bir daha əmin olur.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info