“Türkiyənin “İŞİD”ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik”
Tarix: 21.10.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.
E. Karter Fikri İşıqla görüşdə Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun “İŞİD” terror təşkilatının xüsusi önəm verdiyi Dabık qəsəbəsini azad etməsi münasibəti ilə Türkiyəni təbrik edib.
 
E. Karter bildirib ki, Türkiyə Suriya və İraqdan gələn milyonlarla qaçqını qəbul edib və bu sahədə böyük bir yükü üzərinə götürüb: “Türkiyənin İraq və Suriyadakı proseslərlə maraqlanması məqbuldur. Türkiyənin sərhədlərinin təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi tədbirləri dəstəkləyirik və “İŞİD”ə qarşı həyata keçirilən əməliyyatlarda iştirak etməsini istəyirik. Türkiyə ilə bəzən fikir ayrılıqlarımız olsa da, prinsiplərdə daim həmfikirik. Terrorizmin hər cür təzahürünə qarşı çıxmaq da bu prinsiplər sırasındadır. Eyni məqsədlərə necə nail ola biləcəyimiz üsullarla bağlı fərqli yanaşmalarımız ola bilər, ancaq iki yaxın müttəfiq olaraq hər məsələ üzərində çalışaraq bunu həll edə bilərik”.
 
Hərbi çevrilişə cəhd zamanı bombalanmış Türkiyə Böyük Millət Məclisini ziyarət edə E. Karter jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə insanlar demokratiya və azadlıq üçün savaşıblar: “Dünya bu qorxunc olayın qəhrəmanlarını görüb. Bu aspektdə Türkiyənin güclü müttəfiqi olmağa, demokratiyaya dəstək verməyə davam edəcəyik”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Hitler Argentinaya qaçıb: FTB gizli sənədləri açıqlayıb
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info