Ərtoğrul Cavidin doğum günü qeyd olundu
Tarix: 21.10.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu dahi bəstəkar Ərtoğrol Cavidin doğum gününə həsr olunmuş ədəbi-musiqili mərasim keçirilib.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolundan söz açıb və bildirib ki, onların həyatı və yaradıcılığı gənclərimizin Azərbaycan tarixini dərindən öyrənməsi, görkəmli şəxsiyyət¬lərimizi yaxından tanıması baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, həm Hüseyn Cavidin, həm Ərtoğrol Cavidin yaradıcılığı böyük dövlət qayğısı ilə əhatə olunub.
İncəsənət fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışında gözəl musiqi və rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən danışıb.
Bildirilib ki, 24 il ömür sürməsinə baxmayaraq, Ə.Cavid sənətə, ədəbiyyata, musiqiyə bağlı bir gənc olub, 200-dən çox el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan faydalanaraq 50-dən çox gözəl şeir və ecazkar musiqi əsərləri yaradıb.
Ərtoğrol Cavid1943-cü ildə Naxçıvanda vəfat edib. Onun məzarı ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.
Tədbirin bədii hissəsində Naxçıvan MR Əməkdar müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın musiqili müşayiəti altında
“Eşq olsun” mahnı-marşı, “Skripka və fortepiano üçün poema”, “Səninlə olaydım”, “Melodiya”, “Doqquz variasiya” kimi musiqi əsərləri ifa olunub.
Nərmin Cabbarova
NDU-nun
mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info