Rəsul Quliyev-“ictimai palata” didişməsi daha da qızışdı
Tarix: 28.03.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər



Tərəflər bir-birilərinə ittihamlar yağdırırlar


Seçki ərəfəsi müxalifət daxilindəki qarşılıqlı ittihamlar getdikcə daha da gərginləşir. İş orasındadır ki, bu ittihamlar əslində bu gün müxalif düşərgənin ümumi uğursuzluqlarından, parçalanmış və zəif durumundan, proseslərə təsir imkanlarının sıfır dərəcədə olmasından qaynaqlanır. Bu isə müxalifəti təmsil edən tərəflərin və şəxslərin bir-birilərini yeri düşdükcə suçlamasına, ümumi zəifliyin səbəbi kimi digər müxaliflər arasında konkret günahkarlar axtarmasına gətirib çıxarıb.

Bu arada isə Açıq Cəmiyyət Partiyasının həmişəki kimi mühacirətdə olan başçısı Rəsul Quliyev kəskin atmacalarla tez-tez müxalifət başçılarını və partiyalarını hədəfə almaqdadır. Bu isə kəskin əks-reaksiyalara səbəb olur. Bu dəfə isə R.Quliyevin tənqidi mövqeyinə qarşı “ictimai palata”nın koordinasiya şurasının üzvü, həmçinin Rəsul Quliyevin Müdafiə Komitəsinin təsisçilərindən olan Vidadi Mirkamal cavab verib. O da öz növbəsində R.Quliyevi ölkədən kənarda oturub müxalifətçilik etməkdə ittiham edib: “Azərbaycandan kənarda oturub müxalifətçilik etmək çox asandır. Azərbaycanda yaşayıb-fəaliyyət göstərmək, burada müxalifətçilik etmək, hakimiyyətlə vuruşmaq xeyli çətindir". Bu barədə APA TV-yə açıqlama verən V.Mirkamal deyib ki, Rəsul Quliyevin namizəd kimi seçkiyə qatılmaq istəyi hüquqi cəhətdən də sual altındadır: "Mühacirət həyatı eks-spikerin siyasi mövqeyinə ciddi ziyan vurub. Mən güman etmirəm ki, Rəsul Quliyevin Azərbaycana gəlməsi müxalifətin gücünə çox da böyük güc qata bilər". Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı da Rəsul Quliyevin seçkiöncəsi aktivlik cəhdlərinə skeptik yanaşır: "Seçkinin legitim nəticələri ayrı-ayrı şəxslərin iradəsindən deyil, cəmiyyətin siyasi fəallığından asılı olacaq". Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə Rəsul Quliyevin Azərbaycanda formalaşmış ictimai rəyə əsasən bu proqnozu səsləndirdiyini iddia edib: "Mövcud siyasi qüvvələr, onların mövcud formatı Azərbaycanda siyasi vəziyyəti köklü şəkildə dəyişməyə imkan vermir". Qeyd edək ki, Rəsul Quliyev barəsində Baş Prokurorluqda cinayət işi açılıb. Eks-spiker istintaqdan yayındığına görə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə, beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, R.Quliyevin növbəti atmacaları və cavabı özünü çox gözlətməyib. O, özünün “Facebook” səhifəsində açıqlama yayıb və V.Mirkamalın onun barəsində işlətdiyi fikirləri “abstrakt” adlandırıb: “Vidadi müəllim Mirkamalın abstrakt “xaricdə oturub müxalifətçilik etmək asandır” iddiasına “hörmətli Vidadi müəllim, daxildə oturub müxalifətçilik etməmək ondan da asandır” deyərdim. Mənim seçkilərdə iştirak etməyimin hüquqi tərəfini axtarmaq istəyən Vidadi müəllimə demək istəyirəm ki, “hörmətli müəllim, 2005-ci ildə mən parlament seçkilərində iştirak etmişəm, ondan sonra mənim hansı statusum dəyişib ki, mənim prezident seçkilərində iştirakım hüquqi şübhə altına alınıb? Deyirsiniz ki, mənim xaricdə yaşamağım siyasi imicimi dəhşətli aşağı salıb deyirsiniz. Kiminlə müqayisədə? Mümkündürsə, bir neçə ad yazın, camaat da bilsin kimlərin imici bu gün yuxarıdır. Mən xaricdəyəm, siz Azərbaycanın içərisində rejimlə mübarizə aparan bir şəxs olaraq doğrudanmı özünüzün dediklərinizə inanırsınız və bu dediklərinizi faktlarla sübut edə bilərsiniz?..”
R. Quliyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da onun barəsində söylədiyi fikirlərə münasibət bildirib: “Fuad Qəhrəmanlı mənim aktivləşməyimə skeptik yanaşır və qeyd edir ki, seçkilərin legitimliyi ayrı-ayrı şəxslərin yox, xalqın aktivləşməsindən asılı olacaq. Bu cümlənin nə məna daşıdığını anlamaq qeyri-mümkündür. Düzü, indiyə qədər mən düşünürdüm ki, ayrı-ayrı şəxslərin aktivliyi olmasa, xalqın aktivləşməsi ancaq xaotik ola bilər ki, o da legitim seçkilərə gətirib çıxara bilməz. Ola bilər Azərbaycanda bu nəzəriyyə işləmir, mən həyatdan geri qalmışam”...
Göründüyü kimi, müxalif düşərgə mənsubları bir-birilərinin ittihamlarına qarşı “borclu” qalmaq fikrində deyillər və hətta ən kiçik detalları belə unutmadan daha kəskin cavablar verirlər ki, bu da aranın daha da qarışmasına səbəb olur…
Müxalifət tərəflərinin bir-birilərinə qarşı bu cür fəaliyyəti isə bir daha müxalifətçiliyin ümumilikdə imitasiya xarakteri daşıdığını və reallıqda müxalif qüvvələrin yalnız bir-birilərini sıradan çıxardığını, ictimaiyyətdə gözdən saldığını ortaya qoymuş olur.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info