Bakı Ali Neft Məktəbi İtaliyanın Maire Technimont şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 21.10.2016 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində BANM və İtaliyanın Maire Technimont Qrupu ilə əməkdaşlıq haqqında razılaşma imzalandı. Tədbirdə Maire Tecnimont Qrup Şirkətinin birinci vitse prezidenti Gianni Bardazzi, Maire Tecnimont Qrupun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, o cümlədən şirkətin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəblə sözügedən şirkət arasında əldə olunan razılaşmanın BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədi daşıdığını bildirdi. O, dedi ki, bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar. Eyni zamanda, Elmar Qasımov şirkətin dəstəyi ilə BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğuladı.
Maire Tecnimont Qrup Şirkətinin birinci vitse prezidenti Gianni Bardazzi və Maire Tecnimont Qrupun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern təmsil etdikləri şirkət haqqında geniş təqdimatla çıxış etdilər və şirkətin müvafiq sahələrdə BANM-lə əməkdaşıq imkanlarından söz açdılar.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalandı.
Qeyd edək ki, İtaliyanın “Maire Tecnimont S.p.A” (Mare Teknimont) şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsidə ixtisaslaşmış aparıcı şirkətlərdəndir. Milan Fond Birjasında yer alan bu şirkət 30-dan artıq ölkədə nümayəndəliyə malikdir, 45-dən artıq şirkətə nəzarət edir, ştatı isə təxminən 4900 nəfərdən ibarətdir. Şirkət həmçinin müştərilərini müxtəlif növlü zavodların tikintisi üçün xüsusi texnologiyalarla təmin edir. Maire Techimont Qrupu beynəlxalq müştərilərinə neft-qaz, neft-kimya və gübrə sənayeləri üçün mühəndislik və tikinti üzrə kompleks xidmətlər təklif edir.
5 fevral 2016-cı il tarixində SOCAR beynəlxalq seçmə müsabiqəsi nəticəsində "Maire Tecnimont" şirkəti ilə Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilə imzalanıb. Şirkətlər Qrupu Azərbaycanda KT - KINETICS TECHNOLOGY (Kinetiks Teknoloci) şirkəti vasitəsi ilə fəaliyyət göstərir. Bu şirkət mühəndislik, təchizat və tikinti xidmətləri göstərir və əsasən karbohidrogenlərin emalı sənayesi üzrə ixtisaslaşmışdır. Əsasən kükürd emalı, qaz, hidrogen və sintetik qazların emalı, texnoloji qurğular, qızdırıcılar sahəsində təcrübəyə malikdir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info