Çexiyada “Rusiya təbliğatı”na qarşı xüsusi qrup yaradılıb
Tarix: 21.10.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Əks-təbliğatla məşğul olacaq qrup 20 nəfər xüsusi hazırlıq keçmiş mütəxəsisdən formalaşdırılıb

Hələ bir müddət bundan əvvəl qərbli analitiklər Rusiyanın onlara qarşı apardığı təbliğat qarşısında çıxılmaz vəziyyətdə olduqlarını etiraf etmişdilər. Hətta Rusiyanın həyata keçirdiyi təbliğat siyasətinə qarşı duruş gətirmək üçün ABŞ Litva və Ukraynadan olan jurnalistlərə xüsusi təlimlər keçməyə hazır olduğun bəyan etmişdi.
Bunun ardınca, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland açıqlama verərək Birləşmiş Ştatların “Rusiya təbliğatı ilə” mübarizə aparmaq üçün 100 milyon dollar vəsait ayırdığını bildirmiş və gələcəkdə bu vəsaitin daha da artırılmaq ehtimalı olduğunu bildirmişdi. Qeyd edək ki, bununla eyni vaxtda Rusiyanın “təbliğat ixracı”na qarşı cavab vermək üçün Avropa Komissiyası da bu sahə üzrə məşğul olan mütəxəssislərdən ibarət xüsusi qrup formalaşdırmağı təklif etmişdi. Bu günlərdə isə Çex Respublikasının Daxili İşlər Nazirliyi "Rusiya təbliğatı” ilə məşğul olmaq üçün xüsusi qrup yaratdığını bəyan edib. Qrupun rəhbəri Milan Hovanesin verdiyi açıqlamaya görə, qrupun əsas vəzifələrindən biri xarici dövlətlərin ölkə əhalisinin rəyinə təsir göstərmək cəhdlərinin qarşısını almaqdır.
Hələ bu ilin sentyabrında Çexiyanın təhlükəsizlik orqanları Rusiyanın ölkə ərazisində "informasiya müharibəsi" apardığı barədə məlumat vermişdi. Çexiyanın əks-kəşfiyyat idarəsinin məlumatına görə, Moskva bütün şəbəkələrdə agent və qruplar vasitəsilə təbliğatla məşğuldur. Çexiyanın dövlət orqanları bu şəbəkələrin gələcəkdə müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyini istisna etmir. Məhz elə bu məqsədlə yaradılan və əks-təbliğatla məşğul olacaq qrup 20 nəfər xüsusi hazırlıq keçmiş mütəxəssisdən formalaşdırılıb. Onların əsas məqsədi isə dezinformasiyalara qarşı mübarizə və əldə edilən məlumatların dövlət orqanlarına çatdırılmasından ibarət olacaq. “Biz hər bir smartfona daxil olmaq niyyətindəyik”- deyə qrupun rəhbəri Milan Hovanes bildirib. O, qrupun MDB məkanındakı bütün setlərdən istifadə edərək əhalini səhv məlumatlandıran mənbələrə cavab verəcəklərini bildirib. Qeyd edək ki, Moskva Çexiyanın bu addımına hələ ki, heç bir reaksiya verməyib. Zəruri fakt kimi onu da xatırlatmaq yerinə düşər ki, hələ 2011-ci ildə Çexiyada keçirilən siyahıya alınmanın nəticələrinə görə ölkə əhalisinin 30 mindən çoxu rus dilində danışır. Bundan əlavə, ölkədə ondan artıq rusdilli sayt fəaliyyət göstərir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info