“İŞİD” Kərkükə hücum edib
Tarix: 21.10.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Dünən yerli vaxtla səhər saat 06.00 radələrində “İŞİD” terror təşkilatı Kərkükdə təhlükəsizlik orqanlarının binalarına hücum təşkil edib.
Öncə Kərkük şəhər mərkəzindən 40 km şimal-qərbdəki Dibis rayonunda İran şirkəti tərəfindən inşa edilən elektrik stansiyasına hücum olub. 3 terrorçudan biri hücum zamanı öldürülüb, 2 terrorçu isə elektrik stansiyasına daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 12 iraqlı elektrik və 4 iranlı ölüb. Kərkük şəhər mərkəzində isə onlarla “İŞİD” terrorçusu atıcı silahlar, əl qumbaraları və qumbaraatanlarla eyni vaxtda 5 istiqamətdən hücuma keçib. Qeyd edək ki, Hazırda türkmənlər, kürdlər və ərəblərin yaşadığı Kərkük İraq mərkəzi hökuməti və Şimali İraq kürd muxtariyyəti arasında əsas mübahisə mövzularından biridir. Mosulun “İŞİD” tərəfindən ələ keçirilməsindən sonra İraq ordusunun birləşmələri bölgədən çəkilib və o zamandan Kərkükə Məsud Bərzaniyə bağlı peşmərgələr nəzarət edir. Ancaq hazırda peşmərgə qüvvələrinin əhəmiyyətli qismi Mosul əməliyyatına cəlb edilib. Bu da şəhərdə təhlükəsizliyin qorunması sahəsində ciddi boşluqlara yol açıb.“İŞİD”-in müxtəlif istiqamətlərdə hücum aksiyaları həyata keçirməsinə peşmərgə qüvvələrinin effektiv reaksiya verə bilməməsi, saatlarla davam edən döyüşlər Mosul cəbhəsindən peşmərgə qüvvələrinin bir hissəsinin Kərkükə qaytarılması ilə nəticələnib. Eyni zamanda şiə könüllülərinin yaratdığı və İrana yaxın Haşdi-Şabi qüvvələrinin bir qisminin də hazırda Kərkük istiqamətində hərəkətə başladığı bildirilir. Son məlumata görə, “İŞİD” terrorçularının hücumu nəticəsində 6 peşmərgə olmaqla, 24 nəfər öldürülüb. Döyüşlərlə 12 “İŞİD” terrorçusunun məhv edildiyi bildirilir. Şəhərdə fövqəladə vəziyyət elan olunub, cümə namazı qılınmayacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info