Bakı-Tiflis-Qars layihəsi ilin sonuna kimi başa çatacaq
Tarix: 28.03.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Gürcüstanda kifayət qədər iş adamları çalışır. Nazirlərin görüşündə yalnız iqtisadi məsələlər deyil, mədəniyyət sahəsində əməkdaşlıq və digər aktual məsələlər müzakirə olundu”. Bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Gürcüstanın XİN başçıları ilə Batumidə keçirdiyi mətbuat konfransında deyib. Nazir Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin uğurla başa çatacağını vurğulayıb:
“Birgə layihələrimiz çox olacaq, bu işlərin hamısını uğurla başa çatdıracağıq. Biz qardaş, dost və strateji tərəfdaş olan ölkələrik”. Mətbuat konfransında Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Ankarada Ərdoğan-İvanişvili görüşü zamanı da müzakirə olunduğu bildirilib. Tədbirdə qeyd olunub ki, Bakı-Tiflis-Qars layihəsi bu ilin sonuna kimi başa çatacaq və ilin sonunda bu istiqamətdə ilk qatar yola salınacaq. Mətbuat konfransında Azərbaycan və Türkiyə arasında viza rejiminin sadələşdirilməsi barədə də fikirlər bildirilib. Elmar Məmmdəyarov bu sahədə iş aparıldığını və ölkələr arasında gediş-gəlişin sadələşdiriləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info