22 qat dünya çempionu ATGTİ-nin qonağı olub
Tarix: 24.10.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə təşkilatın qərargahında baş tutan görüşün qonağı kikboks üzrə 22 qat dünya çempionu Eduard Məmmədov olub.
ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev görüş haqqında qısa məlumat verdikdən sonra sözü Eduard Məmmədova verib. Sözə uşaqlıqdan bütün idman növlərinə həvəsi olması ilə başlayan Eduard Məmmədov, qeyd edib ki, 1995-ci il federasiya yarandığı gündən bu günədək bütün Azərbaycan çempionatlarında çıxış edib və çıxış etməklə yanaşı hamısında qalib olub. Həmçinin təhsilə ciddi önəm verən idmançı Bədən Tərbiyəsi və İdman Akademiyası və Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırma fakültəsinin məzunu olduğunu qeyd edib.
Fəaliyyəti haqda danışan idmançı bildirib ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb və həmçinin idman ustasıdır. Onun sözlərinə görə dövlətin diqqət və qayğısının nəticəsidir ki, idmanda bu qədər uğurlar qazanılır.
Görüş diskussiya şəklində davam edib və gənclər onları maraqlandıran sualları çempiona ünvanlayıb. Sonda gənclərə öz tövsiyələrini deyən çempion onlarla xatirə şəkili çəkdirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info