İdmançılar və xeyriyyəçilər kimsəsiz uşaqları sevindiriblər
Tarix: 24.10.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi, idmançılar və xeyriyyəçi insanlar Bakıdakı Uşaq sığınacağı və Reinteqrasiya Mərkəzində olublar. Həmçinin Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, "Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının üzvü Arzu Şərifova və bir neçə xeyriyyəçi insanlar valideyn himayəsindən məhrum olan uşaqlara baş çəkiblər. Federasiya prezidenti Aqil Acalov azyaşlıların, yeniyetmələrin formalaşmasında, sağlam ruhda böyüməsində hər zaman öz töhfələrini verməyə çalışdıqlarını vurğulayıb: "Bu, bizim uşaq evlərinə ilk gəlişimiz deyil. Çalışırıq ki, mütəmadi şəkildə uşaq evlərinə baş çəkək, valideyn himayəsindən məhrum olan bu balaların həyatları ilə maraqlanaq, qayğı və sevgimizi onlardan əsirgəməyək. Dövlətimiz sağ olsun, onlara hər cür şərait yaradır. Onların ehtiyacı olan bizim diqqətimiz, sevgimizdir". Federasiya prezidenti uşaq evlərindəki uşaqların peşəkar idmançılar kimi yetişməsində də əllərindən gələni edəcəklərini söyləyib: "Alpaqut türkün qədim döyüş sənətidir, yeniyetmələrimizə milli ruh, döyüşkənlik, vətənpərvərlik aşılayan idman növüdür. Uşaq evlərindəki bu balalar da istər həvəskar, istərsə də peşəkar şəkildə bu idman növü ilə məşğul olmaq istəsələr, onlara hər cür şərait yaratmağa hazırıq". Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova isə ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək hər birimizin borcudur deyib: "Bu gün burada valideyn himayəsindən məhrum olmuş uşaqların minnətdarlıq dolu gözlərinə, onların sevinc dolu çöhrələrinə baxanda anladım ki, bizim gəlişimiz bu balalar üçün çox önəmlidir". Alpaqut Federasiyasının rəhbərliyi və xeyriyyəçilər gətirdikləri sovqatları və ləziz təamları uşaqlara təqdim ediblər. Qeyd edək ki, Federasiya prezidenti Aqil Acalov doğum gününü də valideyn himayəsindən məhrum olan uşaqlarla keçirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info