Vaseda Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb
Tarix: 24.10.2016 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Yaponiyanın paytaxtında yerləşən və ölkənin ən öndə gedən özəl təhsil müəssisələrindən biri olan Vaseda Universitetində, tələbələri ilə birlikdə bir neçə dəfə Azərbaycanda səfərdə olmuş Professor Hiroaki Morinin rəhbərliyi altında “Beynəlxalq Münasibətlər Sistemində Cənubi Qafqaz ölkələrinin rolu” mövzusunda seminar keçirilib.
Seminarda universitetin gürcüstanlı tələbəsi Tornike Sreseli “Gürcüstan və Böyük dövlətlər” mövzusunda çıxış edib. Seminarda tələbələr və professor heyətindən başqa, Tokioda fəaliyyət göstərən iş adamları və ziyalılar da iştirak ediblər. Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü, eyni zamanda Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri olan Əlibəy Məmmədov seminara moderator qismində dəvət olunub. Dağlıq Qarabağ münaqişəsi üzrə elmi tədqiqatlar aparan Vaseda universitetinin professoru Yoşimura Takayuki müzakirələrdə fəal şəkildə iştirak etmişdir. O qeyd etmişdir ki, hazırda Cənubi Qafqaz ölkələri arasında ən stabil siyasət yürüdən yeganə ölkə məhz Azərbaycandır. Əlibəy Məmmədov çıxışında əsas etibarilə Cənubi Qafqazda böyük dövlətlərin varlığı, Rusiyanın imici, Gürcüstan Azərbaycan əlaqələrinin vacibliyi, Cənubi Qafqaz və Yaponiya münasibətlərinə toxunmuşdur. O bildirmişdir ki, regionda Rusiya, ABŞ, Türkiyə, İran və Çinin maraqları toqquşur. Rusiya son 200 ildə regionu öz təsiri altında saxlamağı bacaran güclü bir dövlətdir. Həm Azərbaycanla, həm Ermənistanla balanslaşdırılmış siyasət yürüdə bilir. Rusiya daha çox ermənispərəst mövqeyi ilə tanınsa belə Azərbaycanla olan münasibətlərinə xüsusi önəm verir. İslam dünyasının ən qüdrətli dövləti olan Türkiyə Azərbaycan və Gürcüstanla iqtisadi əməkdaşlığını dərinləşdirməklə yanaşı, regiona olan münasibətində Azərbaycanın mövqeyini əsas tutur. Cənubi Qafqaz ölkələri və Yaponiya münasibətlərinə toxunan Ə. Məmmədov xüsusi ilə vurğulamışdır ki, Yaponiya dövlətinin regionda əsas strateji tərəfdaşı Azərbaycandır. Təsadüfi deyildir ki, 2000-ci ildə Yaponiya höküməti tərəfindən regionda ilk dəfə məhz Azərbaycanda səfirlik öz fəaliyyətinə başlamışdır. Gürcüstanda 9 il sonra 2009, Ermənistanda isə 15 il sonra 2015-ci ildə Yaponiya səfirliyi açılmışdır. Bu ardıcıllıq Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir. Diaspor rəhbərimiz Dünya Azərbaycanlıları Assambleyası və onun fəaliyyəti haqqında geniş məlumat verdikdən sonra qeyd etmişdir ki, 1990-cı illərdə Cənubi Qafqaz ölkələri arasında ən güclü diaspor fəaliyyəti göstərən Ermənistan olsa da, 2000-ci illərdə Azərbaycanın ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sistemli və hərtərəfli fəaliyyəti nəticəsində ölkənin dünya səviyyəsində müsbət imici formalaşdırılmış, ölkənin haqq səsi dünya ictimaiyyətinə doğru şəkildə çatdırılmış, güclü və iradəli dövlət kimi tanıdılmağa başlanılmışdır. Bugün Azərbaycan dünyanın bir çox ölkələri üçün model ola biləcək güclü bir dövlətə çevrilmişdir. Ə. Məmmədov onu da vurğulamışdır ki, Yaponiyada Ermənistan diasporası yox səviyyəsindədir. Bu ölkəni demək olar ki, tanımırlar. Bunun müqabilində Azərbaycan diasporası ardıcıl və davamlı uğurlara imza atmaqla, yaponlarda Azərbaycana qarşı xüsusi rəğbət hissi qazandırmağa davam edir. Seminarda region ölkələrinin müqayisəsi zamanı xüsusilə qeyd edilmişdir ki, Gürcüstan açıq şəkildə Amerika və Avropapərəst, Ermənistan Rusiyapərəst mövqe sərgiləyir. Azərbaycan isə həm Amerika, həm Avropa həm də Rusiya ilə balanlaşdırılmış uğurlu siyasət aparır. O da vurğulanmışdır ki, Dağlıq Qarabağ problemi həllini tapmadığı üçün Ermənistan regionun bütün əsas layihələrindən kənarda, iqtisadi blokada şəraitində qalmışdır. Sonda diaspora rəhbərimiz professor Hiroaki Moriyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfirliyinin dəstəyi ilə çapdan çıxmış “Land of Fire Azerbaijan” kitabını hədiyyə etmişdir. Qeyd edək ki, bu kitab Azərbaycanda ən məşhur yaponiyalı kimi tanınan, Azərbaycanda dəfələrlə səfərdə olmuş, 400-ə yaxın kiçik və orta sahibkarı Azərbaycana aparmış, sahibkar və prodüser Kazuyasu İşida tərəfindən planlaşdırılmış və yazılmışdır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info