Xəzər rayonunun qəsəbələrində asfalt yollar çəkilib
Tarix: 24.10.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Cari ilin 9 ayı ərzində Bakının Xəzər rayonu ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində müəyyən işlər görülüb.
Rayon icra hakimiyyətindən bildirilib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma işləri çərçivəsində 54 min 700 kvadratmetr, Qala-Pirallahı avtomobil yolunda 65 min kvadratmetr, Mərdəkan qəsəbəsi S.Yesenin, B.Əliyev, Q.İsmayılov, S.Dadaşov küçələrində 18 min 180 kvadratmetr asfalt yol çəkilib.
Bununla yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şağan qəsəbəsində 14 min 600 kvadratmetr, Mərdəkan qəsəbəsində 5 min 500 kvadratmetr, Zirə qəsəbəsində 17 min 960 kvadratmetr, Binə qəsəbəsində 3 min 700 kvadratmetr, Şüvəlan qəsəbəsində 1500 kvadratmetr, Buzovna qəsəbəsində 18 min kvadratmetr, asfalt örtüyü salınıb, Türkan qəsəbəsində isə 5 kilometr yol cari təmir olunub.
Bu dövr ərzində rayon ərazisində küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yenilənib, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info