Diplomatlarımız İrpen şəhər gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər
Tarix: 24.10.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak ediblər.
Səfirlikdən bildiriblər ki, tədbirdən əvvəl diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkda yaradılan şəraitlə tanış olublar.
Daha sonra diplomatlar Zərifə Əliyeva adına linqvistika təmayüllü 12 saylı orta məktəbi ziyarət ediblər. Məktəb direktoru Valentina Antonenko qonaqları məktəbin nəzdində yaradılan Zərifə Əliyeva adına xatirə muzeyi ilə tanış edib. Məktəb kollektivinin Naxçıvana, Şahtaxtı kəndinə səfərlərindən danışıb.
İrpen şəhər gününə həsr olunmuş tədbirlər şəhər administrasiyasının qarşısında yeni təmir olunmuş mərkəzi meydanın və Taras Şevçenko adına küçənin açılışı ilə başlanıb. Şəhər meri Vladimir Karplyukun, Kiyevdə akkreditə olunmuş diplomatik missiyaların, İrpen şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələrinin və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən təntənəli açılış mərasimində səfir Azər Xudiyev çıxış edib. O, İrpen şəhəri ilə əməkdaşlığa xüsusi diqqət verildiyini, mütəmadi səfərlərin həyata keçirildiyini qeyd edib. Səfir İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloqu akademik Zərifə Əliyeva adına parkın və küçənin, şəhərin ən aparıcı orta məktəbində Zərifə Əliyeva xatirə muzeyinin mövcudluğunun bu sağlam əməkdaşlığın təcəssümü olduğunu vurğulayıb. Səfir şəhər merinə Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Daha sonra qonaqlar İrpen şəhər gününə həsr olunmuş təntənəli paradı izləyiblər, şəhər meri Vladimir Karplyukun qonaqların şərəfinə verdiyi ziyafətdə iştirak ediblər.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info