“Azərbaycan bizə hər cür dəstək verib”
Tarix: 24.10.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 6 ay ərzində dünyanın fərqli nöqtələrində 12 şöbə açacaq. Bu yaxınlarda Cənubi Afrika Respublikasında (Johannesburg), Almaniyada (Karlsruhe), Makedoniyada (Skopye) şöbələr açan MÜSİAD, qarşıdakı 6 ay içərisində Azərbaycan, Avstraliya, Yaponiya, Hollandiya, Gürcüstan, Pakistan, Fransa, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Sudan və Belçikada şöbələr açmağı planlaşdırır.
 
MÜSİAD başqanı Nail Olpak Türkiyədə 86, digər 65 ölkədə isə 170 nöqtədə təmsil edildiklərini söyləyərək, xüsusilə 15 iyul sonrasında xaricdəki MÜSİAD şöbələrinin daha böyük əhəmiyyət qazandığını, dost ölkələrin FETÖ ilə mübarizədə Türkiyəyə verdikləri dəstəyi şöbə açmaq prosesində də gördüklərini bildirib: “Ötən günlərdə verdiyim bir açıqlamada dünyadakı təşkilatlanma işimizin davam etdiyini, önümüzdəki günlərdə dost və qonşu ölkələrdən Makedoniya, Gürcüstan və Azərbaycanda şöbə açmağı planladığımızı, Azərbaycan şöbəmiz üçün icazə prosesinin son mərhələsinə gəlindiyini ifadə etmişdim. Şöbələrin açılması zamanı FETÖ-nün bəzi ölkələrdə bizə əngəl yaratmağa çalışdığını ifadə edərkən, söhbət əsnasında bu ölkələrdən birinin də Azərbaycan olduğu gündəmə gəlmişdi. Anlaşılmazlığa fürsət verməmək üçün xüsusilə vurğulamaq istəyirəm ki, dost və qardaş ölkəmiz olan Azərbaycan MÜSİAD şöbəmizin açılışı ilə bağlı bizə hər cür dəstəyi verib. Azərbaycan hökuməti bu günə qədər bütün hüquqi prosedurların həllində bizə yardım edib. MÜSİAD üçün də Azərbaycanın ayrı bir yeri var. Çünki Azərbaycan bizim ortaq tariximiz, eyni zamanda da ortaq gələcəyimizdir”.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info