Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı yaradılıb
Tarix: 24.10.2016 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı (www.export.az) fəaliyyətə başlayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bu portal qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq yaradılıb.
İxrac portalı xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.
Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlumat əldə etmək mümkündür. Saytın “kataloq” hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub.
Portaldan istifadə üçün həm yerli, həm də xarici şirkətlər qeydiyyatdan keçməlidirlər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə və portalda yer alan başqa şirkətlər haqqında tam məlumat əldə edə bilər.
Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rus dilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info