AMEA Naxçıvan Bölməsi ilə NDU arasında əməkdaşlıq əlaqələri qurulur
Tarix: 24.10.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində (NDU) AMEA Naxçıvan Bölməsinin aparıcı əməkdaşları ilə universitetin magistrantlarının görüşü olub.
AZƏRTAC xəbər verir ki, NDU-nun rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə magistratura pilləsi üzrə təhsilin inkişaf səviyyəsindən danışıb. Bildirib ki, magistraturanın fəaliyyəti 37 kafedranı əhatə edir. Universitetdə 47 ixtisas üzrə magistratura təhsili verilir. Rektor universitetin AMEA Naxçıvan Bölməsi ilə səmərəli elmi əməkdaşlığın olduğunu, təcrübə mübadiləsi aparıldığını qeyd edib.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılan bölmə Naxçıvanın mühüm elmi-tədqiqat mərkəzidir. Burada 6 elmi tədqiqat institutu, Biokimyəvi Tədqiqatlar Laboratoriyası, “Nəbatat bağı”, zəngin elektron kitabxana, elektron portallar, “Tusi” nəşriyyatı, iki seriyada nəşr olunan “Xəbərlər” jurnalı, “Axtarışlar” jurnalı, Dissertasiya Şurası fəaliyyət göstərir. Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulub.
Akademik NDU-nun AMEA Naxçıvan Bölməsi üçün fundamental kadr potensialı rolu oynadığını vurğulayıb, magistrantlara boş iş yerləri haqqında məlumat verib, onları fəal əməkdaşlığa, məhsuldar elmi fəaliyyətə dəvət edib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov magistrantlara yaradıcı elmi tədqiqatla məşğul olmağı tövsiyə edib, elmi nailiyyətlər qazanmağın sonsuz maraq və sevgi, elmi fədakarlıq nəticəsində mümkünlüyünü vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi
04.06.2020
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
03.06.2020
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info