Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Tarix: 24.10.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən  qanunauyğun tədbirlər görülməsi işləri davam etdirilir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən xidmətə daxil olan müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 784 809  manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 94,7 faizi gecikdirilmiş əmək haqlarından, 3,1 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
 
Qeyd edilən dövrdə 20 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və görülən tədbirlər nəticəsində həmin şəxslərin öz əvvəlki işlərinə bərpa etdirilməsi təmin olunub.
 
Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, habelə əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə aidiyyəti işəgötürənlərə hüquqi izahat və məlumatlar verilib. 
 


Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info