Azərbaycan memarlarının daş sənəti incisi
Tarix: 24.10.2016 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


21 oktyabr 2016-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 18 mart 2016-cı il tarixdə Naxçıvanda turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən Naxçıvan Dövlət Universiteti müəllim və tələbələrinin müxtəlif muzeylərə kütləvi ekskursiyası davam edir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov başda olmaqla universitet rəhbərliyi bu dəfə Culfa yaxınlığında yerləşən, Azərbaycan memarlarının daş sənəti incisi sayılan Gülüstan türbəsini ziyarət ediblər. Rektor bildirib ki, son 21 ildə Naxçıvanda 1200-dən artıq yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb, onlardan 70-ə yaxını təmir və bərpa edilib. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. Qeyd olunub ki, orta əsr tarixi abidələrindən biri də “Gülüstan türbəsi”dir. XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biri, dünya əhəmiyyətli memarlıq nümunəsi Əcəmi memarlıq məktəbinin yadigarıdır. Türbənin əsas tikinti materialının yalnız kərpic olduğu, yüksək daş memarlığı nümunələrinin az olduğu iddia olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin “Gülüstan türbəsi” tədqiqat qrupu və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yaradılan “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu bu memarlıq abidəsinin və ərazidə yerləşən digər tarixi abidələrin də tədqiqi, onlar haqqında tarixi materialların əldə olunması istiqamətində əhəmiyyətli fəliyyət göstərir. Sonra universitet kollektivi Gülüstan türbəsi ilə yaxından tanış olub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
“40 yaşlı xəstəmizi itirdik, koronavirus artıq yaşa baxmır“ - VIDEO
06.06.2020
Azərbaycanda işləyən dövlət qurumlarının siyahısı
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info