İtalyan gəncləri işsizlikdən valideynlərdən ayrı yaşaya bilmirlər
Tarix: 25.10.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının statistika komitəsi olan Eurostat tərəfindən 2015-ci ilin məlumatlarının analizi nəticəsində hesabat hazırlanıb. Hesabata görə, Slovakiya, İtaliya və Malta, ata-anaları ilə yaşayan gənc, yeniyetmə nisbətinin ən yüksək olduğu Avropa Birliyi ölkələridir. Araşdırmaya görə, 18-34 yaş arası italyanların 67,3 faizi ata-ana evində yaşamağa davam edir.
İtaliyanı burada keçən tək ölkə isə 69,6 faizlə Slovakiya oldu. Ancaq Slovakiyada 2010-2015-ci il arasında bu meylin azaldığı müşahidə edildiyi halda, İtaliyada 5 ildə təxminən 6 faiz bir artım özünü göstərib. Slovakiyada valideynlərlə yaşayan gənclərin nisbəti 2010-cu ildə 71,4 faiz olduğu halda, 2015-ci ildə 69,6 faiz təşkil edib. İtaliyada isə 2010-cu ildə 61,4 faiz olan göstərici 2015-ci ildə 67,3 faizə çatıb.
Ailələriylə yaşamağa davam edən 18-34 yaş arası gənclərin nisbətinin ən yüksək olduğu 3-cü ölkə isə 66,1 faizlə Malta olub. Bu kateqoriyada AB-nin orta statistikası 47,9 faiz müəyyənləşdirilib. Evdən ayrılmayan gənclərin nisbətinin ən aşağı olduğu ölkələr isə Danimarka (19,7 faiz), Finlandiya (20,1 faiz) və İsveç (22,2 faiz) olub.
Təhsilini tamamlayaraq işə başlamış olduqları sayılan 25-34 yaş arası qrupda olub, lakin hələ də valideyn evində yaşayanların italyanların nisbəti isə 50,6 faiz təşkil edir. Bu qrupda Avropada orta statistik rəqəm 28,7 faiz olduğu halda, Danimarka 3,7 faiz ilə yenə son sırada yer alıb.
Araşdırmanın təsdiq etdiyi bir digər fakt da maraq doğurur. Belə ki, italyan oğlan uşaqları arasında "ana uşağı" sözü qız uşaqlarına nisbətlə daha məşhurdur. Evdən ayrılmayan 18-34 yaş arası italyan kişilərinin nisbəti 73,6 faiz təşkil edir. Qız uşaqlarında isə bu nisbət 60,7 faizdir. İtalyan mətbuatı araşdırmanı, "İtalyanlar Avropanın ana uşaqları" və "İtalyanlar getdikcə daha çox ana uşağı olur" kimi başlıqlarla verib. Xəbərlərdə, İtaliyada gənclər arasında 40 faizə çatan işsizlik nisbətinin da təsiriylə gənclərin ayrı evdə yaşamalarının çətinləşdiyi öz əksini tapıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info