Merkel 4-cü dəfə Almaniya kansleri ola bilər
Tarix: 25.10.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Mafred Veber: “Angela Merkel bizim namizəddir. Bu məsələdə heç bir şübhə yeri ola bilməz. Mənə elə gəlir ki, məsələ ilə bağlı ən qısa müddət ərzində həm partiyadan, həm də Merkeldən yekun bəyanat olacaq”

Almaniyada kansler Angela Merkelin 4-cü dəfə bu posta seçilməsi ilə bağlı müzakirə başlayıb. Daha doğrusu Almaniya parlamentində təmsil olunan Xristian-Sosialist İttifaqının təmsilçisi Herd Hasslefeld Merkelin kansler postuna namizədiyini irəli sürməsinin vacib olduğunu bildirib.
O, Merkelin 4-cü dəfə kansler olmasını dəstəkləyəcəklərini açıqlayıb. Herd Hasslefeldin bu məsələ ildə bağlı açıqlaması “Mitteldeutsche Zeitung” nəşrində yayılıb. “Əgər xanım Merkel 4-cü dəfə kansler olmaq üçün namizədliyini irəli sürsə, biz onu dəstəkləməyə hazırıq” - deyə partiya rəsmisi deyib. Onun sözlərinə görə, Xristian-Demokratik İttifaqı ilə Xristian-Sosialist İttifaqının bu məsələ ilə bağlı bəzi fikir ayrılıqları var: “Bu fikir ayrılıqlarını aradan qaldırmaq mümkündür. Bundan sonra isə bütün diqqəti rəqiblərlə mübarizəyə yönəltmək lazımdır”. Maraqlıdır ki, bundan sonra bir-birinin ardınca açıqlamalar yayılmağa başlayıb. Xristian-Sosialist İttifaqının keçmiş sədri Ervin Huber bildirib ki, xanım Merkel XDİ/XSİ blokundan namizədliyini irəli sürməlidir. Ervin Huber “Kölner Stadt-Anzeiger” nəşrinə müsahibəsində bildirib: “Merkel dünyada tanın siyasətçidir. Mənə elə gəlir ki, Merkelin 4-cü dəfə kansler postuna namizədliyini dəstəkləmək Xristian-Sosialist İttifaqının da marağındadır”. Xristian-Sosialist İttifaqının sədr müavini Mafred Veber “Spiegel” nəşrinə müsahibəsində bu məsələ ilə bağlı müsbət fikir səsləndirib: “Əgər xanım Merkel özü namizəd olmaq istəyərsə, biz onu dəstəkləməyə hazırıq. Angela Merkel bizim namizəddir. Bu məsələdə heç bir şübhə yeri ola bilməz. Mənə elə gəlir ki, məsələ ilə bağlı ən qısa müddət ərzində həm partiyadan, həm də Merkeldən yekun bəyanat olacaq”. Son vaxtlar Almaniyada bu məsələ ilə bağlı geniş müzakirələr aparılır. Məsələ ondadır ki, 2017-ci ildə bundestaqa seçkilər keçiriləcək. Merkel gələn il keçiriləcək seçkidə namizəd olub-olmayacağı ilə bağlı fikir bildirməkdən yayınır. O, belə bir qərarı açıqlamanın “vaxtının hələ çatmadağını” bildirib. Xristian-demokratlar ilin sonuna kimi qurultay keçirərək namizədlərini müəyyən edəcəklər. Hakim koalisiyanın üzvü olan Xristian-sosialistlərin sədri, Bavariyanın baş naziri Horst Zeexofer bəyan edib ki, qaçqınlarla bağlı limit tətbiq edilməyəcəyi təqdirdə tərəfdaşlarının müəyyən edəcəyi namizədi dəstələməyəcək. Onun fikrincə, Almaniya ötən il olduğu kimi 1 milyon miqrant qəbul etməməli və illik limit 200 min nəfəri keçməməlidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info