“Monitorinqdə iştirak edənlərin 30%-i heç bir suala cavab verməyib”
Tarix: 25.10.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


"Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin 62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb. Bu o deməkdir ki, biz artıq 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin yarısından çoxunun biliyini müəyyən səviyyədə bilirik”.
Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxışı zamanı deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri uşaqların taleyinə təsir göstərmir.
M. Abbaszadə qeyd edib ki, nəticələr yalnız təhsil şöbələrinə, müraciət edən bəzi məktəblərə göndərilir ki, şagirdlərin nailiyyətləri ilə tanış olsunlar: “2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30%-i nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”.
Şura sədrinin sözlərinə görə, gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər yeni kurikuluma əsasən təhsil alanlardır. Yeni kurikuluma əsasən dərsliklər yazıldığını deyən M. Abbaszadə dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyini söyləyib: “Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info