Sumqayıta müasir avtobuslar gətirləcək
Tarix: 25.10.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərində avtomobil nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən sərnişin avtobusları gətiriləcək.
Bu barədə AZƏRTAC–a Belarusda səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.
Z.Fərəcov “Belavtomaz” Holdinqin rəhbəri Dmitri Kateriniclə görüşüb, Minsk Avtomobil Zavodunda (MAZ) istehsal olunan sərnişin avtobuslarına baxıb, iritutumlu sərnişin avtobuslarının istehsalı, istismarı və təhlükəsizlik parametrləri ilə maraqlanıb. Şəhər icra hakimiyyəti başçısının keçirdiyi görüşlərdə Sumqayıtın sərnişin avtoparkının bu zavodun avtobusları ilə təmin edilməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən Sumqayıt şəhərinin inzibati ərazisində pilot layihə çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili, sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Həmçinin Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info