“Cibuti Azərbaycanla münasibətlərə böyük önəm verir”
Tarix: 25.10.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Oktyabrın 23-də Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Cibuti Respublikası parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.
Səfirliyin yaydığı məlumata görə, görüşdə səfir E.Abdullayev spikerə ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın müsəlman şərqində ilk parlamentli respublika olduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini bildirib. Səfir Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını, bu təcavüz nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin bu günədək icra olunmadığı qeyd edilib.
Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən səfir E.Abdullayev iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.
Spiker M.Ə.Huməd dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə dost Azərbaycan xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb. M.Ə.Huməd Cibutinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini və bundan sonrada daha sıx əlaqələrin yaradılacağına əmin olduğunu bildirib. Tərəflər arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini yüksək qiymətləndirən spiker bu dostluq qrupunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Səfir E.Abdullayev 25 il ərzində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın bu gün dünyada özünəməxsus yeri olduğunu və bu uğurların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu uzaqgörən xarici siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info