Ağdamda pambıq sahələri 3 min hektara çatdırılacaq
Tarix: 25.10.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Havaların yağmurlu keçməsi Ağdam rayonunda pambıq yığımını ləngitsə də, hazırda pambıqyığan maşınların köməyi və əl əməyi ilə işlər davam etdirilir.
Ağdam rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək təsərrüfatlardan 485 ton xam pambıq tədarük edilib. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 431 ton və ya 9 dəfə çoxdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.
Qeyd edək ki, dövlətimizin başçısının pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq Ağdam rayonunda unudulmaqda olan bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Əgər ötən il rayon ərazisində 36 hektarda pambıq əkilmişdisə, bu il 551 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info