“Məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb”
Tarix: 25.10.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“Azərbaycan rəhbərliyinin dəstəyi ilə ölkədə güclü hüquqi qanunvericilik bazası yaradılıb”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir: “Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir”.
H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb. Onun sözlərinə görə, məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır: “Burada əsas iki məqsəd var. ilk növbədə biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir, xüsusilə regionlarda seminarlar, görüşlər keçiririk. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdiririk. Bu günlərdə Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info