“Erməni soyqırımı” hökumət səviyyəsində heç vaxt gündəlikdə olmayıb və olmayacaq“
Tarix: 25.10.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Bu gün İsraillə Azərbaycan arasında çox yaxşı, isti münasibətlər mövcuddur".
 
Bu sözləri İsrail Knessetinin üzvü Konstantin Rozvozov İsraildə səfərdə olmuş bir qrup jurnalistə açıqlamasında deyib. O, Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Azərbaycana ilk səfərim zamanı gördüm ki, burada dövlət tərəfindən sinaqoqlara maliyyə ayrılır. Bu, yəhudilərə münasibətin göstəricisidir. Biz bunu görürük və qiymətləndiririk. Bu, başqa ölkələr üçün nümunə ola bilər. Əməkdaşlıq üçün müzakirə edə biləcəyimiz çox sahələr var. Biz Azərbaycandan neft alırıq. Məlumdur ki, tez-tez bizi yaxın dostluğumuza görə qınayanlar olur. Lakin biz bunları qəbul etmirik. Azərbaycan bizim üçün vacib ölkədir. Neft və qazla yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq edə bilərik”.
 
İsrailli deputat Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qan tökülməsinin əleyhinə olduğunu söyləyib: “Biz həmişə neytrallığı qorumağa çalışırıq. Bunu Ukrayna-Rusiya məsələsində də edirik. Parlamentarlar “erməni soyqırımı” barədə danışa bilər, amma bu məsələ hökumət səviyyəsində heç vaxt gündəlikdə olmayıb və olmayacaq. Qoy, bununla tarixçilər məşğul olsun. Azərbaycan bizim üçün dost ölkədir. Mən Xocalı ilə bağlı sərgidə olmuşam. Bu şəkillərə baxmaq çox acıdır”.
 
Deputat Türkiyə ilə münasibətlərə toxunaraq iki ölkə arasında əlaqələrin normallaşdığını bildirib: “Bu, lazımsız mübahisə idi və yaxşı ki, normallaşmağa doğru gedir. İsrail əhalisi Türkiyəyə getməyi xoşlayır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Müxalifətin “mühacir biznesi” qalmaqalı böyüyür
18.11.2019
Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
18.11.2019
ABŞ-ın yəhudi lobbisindən Azərbaycana dəstək
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info