19-cu TÜRKSOY rəssamların görüşü Malatyada baş tutub
Tarix: 25.10.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


19-cu TÜRKSOY rəssamların görüşü 2016-cı ilin 10-20 oktyabr tarixlərində Türkiyənin Malatya şəhərində baş tutub. 19 ölkədən qatılan 22 rəssamın əsərlərinin yer aldığı sərgi 20 oktyabr tarixində Malatya Mədəniyyət Mərkəzində ziyarətçilərə təqdim olunub. Sərginin rəsmi açılış mərasiminə TÜRKSOY sədr müavini Fırat Purtaş, Malatya valisi Mustafa Toprak, Malatya böyükşəhər bələdiyyə sədri Ahmet Çakır və başqa rəsmilər qatılıblar.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən İnönü Universiteti və “Türk İşbirliyi və Koordinasiya Agentliyi” ilə iş birliyi əsnasında, Malatya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan 19-cu TÜRKSOY Rəssamlar görüşünə qatılan sənətkarlar 10 gün müddətində həm təcrübələrini bölüşüblər, həm də yeni dostlar qazanıblar. Sərginin açılış mərasimi öncəsi müsahibə verən TÜRKSOY-un sədr müavini Fırat Purtaş: “10 gün ərzində türk dünyasının fərqli yerlərindən gələn sənətkarların yüzə yaxın əsər yaratdığını, amma bu əsərlərdən daha önəmli olaraq onların işbirliyi timsalında bir qardaşlıq əsərinin ortaya çıxdığını” söylədi. Fırat Purtaş bu tədbiri türkdilli dövlətlərin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Respublikaları) müstəqilliklərinin 25 illiyinə ithaf olunduğunu da dilə gətirdi. Belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün Malatya böyükşəhər bələdiyyə sədri Ahmet Çakır da öz növbəsində böyük bir qürur hissi keçirdiyini vurğuladı. O belə tədbirlərin qohum olan Türk xalqlarının bir-birilərinin mədəniyyətlərini daha da yaxından tanımağa kömək olduğunu söyləyib.
19-cu TÜRKSOY Rəssamlar görüşünə bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Altay (RF), Başqırdıstan (RF), Xakas (RF), Qaqauz (Moldova), Saxa-Yakutya (RF), Tatarıstan (RF), Tuva (RF), Çuvaşıstan (RF), Makedonya, Kosova və Bosniya-Hersoqovinadan 22 rəssam qatılaraq türk mədəniyyətində önəmli yer tutacaq yüzə yaxın sənət əsəri yaradıblar. Tədbirin bağlanış mərasimində isə Türk dilli Respublikaların müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş TÜRKSOY Xalq Çalğı Orkestrinin konsert proqramı ilə bitib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
İngiltərənin baş naziri Tereza Meyin iddiası
23.05.2019
Әfqanıstanda terror tәşkilatı DEAŞ-a ağır zәrbә endirilib
23.05.2019
Hindistanda qarşıdurma, iki müqavimәtçi öldürülüb
22.05.2019
Çin ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırdı
22.05.2019
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info