ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
Tarix: 25.10.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 nömrəli tədris binasında “Rənglərin sirri” konfrans-müsabiqəsi  keçirilib. Universitetin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü ilə keçirilən “Rənglərin sirri” konfrans-müsabiqədə 100-dən çox rəsm əsəri nümayiş etdirilib, 60-a yaxın tələbə bu müsabiqədə iştirak edib. Eyni zamanda konfrans-müsabiqədə respublikamızın tanınmış rəssamları, musiqiçiləri də iştirak ediblər. Münsiflər Heyəti tərəfindən tələbələrdən 1 nəfəri I yerə, 2 nəfəri II yerə, 3 nəfəri isə III yerə layiq görülüb, digər iştirakçılar sertifikatla mükafatlandırılıblar. Qeyd edək ki, konfrans-müsabiqənin özəlliyi incəsənətin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində tədris olunan 2 növü–rəsm və musiqinin təbiətindən irəli gəlir. Onu da qeyd edək ki, bir çox tanınmış və məşhur sənətkarlar öz yaradıcılıqlarında incəsənətin bu növlərindən istifadə ediblər. Xalqımızın dünya şöhrətli sənətkarları Toğrul Nərimanbəyovun, Müslüm Maqomayevin yaradıcılıqları buna nümunədir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfrans-müsabiqədə nümayiş etdirilən əsərlərlə tanış olub və onları yüksək qiymətləndirib. Rektor fakültənin rəhbərliyini, müəllim və tələbələrini konfrans-müsabiqənin keçirilməsi münasibətilə təbrik edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində yaradıcı mühit mövcuddur. Sənət, yaradıcılıq insandan xüsusi istedad tələb edir. Bu mənada konfrans-müsabiqənin keçirilməsinin bütövlükdə ADPU üçün əlamətdar və uğurlu bir hadisə olduğunu bildirib, tələbələrin yaradıcılığından qürur hissi keçirdiyini və yüksək təəssürat bəxş etdiyini vurğulayıb. Belə konfrans-müsabiqələr tələbə-gənclərin yaradıcılıq istedadlarının aşkara çıxarılmasına və inkişaf etməsinə, püxtələşməsinə, dünyagörüşlərinin artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir edir. Rektor çıxışında belə sərgilərin davamlı olacağına inamını ifadə edib və konfrans-müsabiqənin qaliblərinə sertifikatları təqdim edib.
Konfrans-müsabiqədə professor Cəmilə Həsənzadənin “Müasir Azərbaycan incəsənətində miniatür ənənələri”, İmruzə Hüseynovanın “İncəsənətdə sinkritizm”, dosent Samir Sadıqovun “Təsviri incəsənətdə musiqiçi obrazları”, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin tələbəsi, beynəlxalq müsabiqənin laureatı Lalə Ağayevanın Qara Qarayevin “Tsarkoye selo heykəli” pyesində impressionizmin təzahürü, həmin fakültənin tələbələri: Simuzər Məmmədovanın Qara Qarayevin “Eskiz” əsəri, Zəhra Qasımovanın “Arif Məlikovun rəsm əsərlərinin musiqi ilə vəhdəti”, həmçinin Arif Məlikovun “Prelüd” əsəri, fakültənin vokal qrupunun Arif Məlikovun “Güllər” əsəri, fakültənin tələbəsi Sənəm Rəhmanovanın və baş müəllim Gülarə Aslanovanın Arif Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin rəqsi, fakültənin müəllimi Arzu Zeynalovanın “Azərbaycan xalçalarında impressionizmin təzahürü”, fakültənin saz ansamblının üzvlərinin “Qarabağ şikəstəsi”, vokal qrupunun “Cənnətim Qarabağ” məruzələri və çıxışları dinlənilib.
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova çıxış edərək konfrans-müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Konfrans-müsabiqənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info