ABŞ-da BSU haqıqında məqalə dərc olunub
Tarix: 25.10.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın tanınmış “Eurasia Review” analiz və yeniliklər jurnalinda Bakı Slavyan Universiteti haqqında geniş məqalə dərc olunub.
Məqalənin müəllifi Birləşmiş Ştatlarda Latın Amerikası məsələləri üzrə araşdırmaları ilə tanınan tədqiqatçı alim və jurnalist Peter Tasedir. Yeri gəlmişkən qeyd edək ki, Peter Tase 2012-ci ildə Paraqvay Milli Konqresinin Ticarət, Turizm və Sənayenin İnkişafı üzrə Komitəsində sədrin xarici işlər və beynəlxalq ticarət üzrə müşaviri olmuşdur. O, “Bakı Slavyan Universiteti 70 illik yubileyinə hazırlaşır” adlı məqaləsində universitetin tarixindən söz açaraq, onun 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradıldığını bildirir. Sonra əlavə edir: “BSU qısa müddət ərzində böyük inkişaf yolu keçmiş və Avrasiya məkanında aparıcı təhsil ocaqlarından biri kimi formalaşmışdır. Bu gün onu unikal ali təhsil müəssisəsi adlandırmaq olar. Burada slavyan ölkələrinin və xalqlarının adət-ənənələri, mədəniyyətləri, dil və ədəbiyyatı öyrədilir. Universitet slavyan ölkələrinin tədqiqi sahəsində aparıcıdır. O, yüksək ixtisaslı müəllimləri, akademik səviyyəsi, yüksək texnologiya ilə təchizatı baxımından digər bir çox ali məktəblərdən öndə gedir”. Müəllif sonra universitetdə dilçilik, filologiya, ölkəşünaslıq, jurnalistika, beynəlxalq əlaqələr sahəsində bütün pillələr üzrə yüksək ixtisaslı kadrlar hazırladığını bildirir. Peter Tase universitetin rektoru, professor Nurlana Əliyevanın aşağıdakı fikirlərinə xüsusi diqqətə çatdırır: "Son illərdə BSU adi təhsil müəssisəsi olmaqdan çıxıb, o daim öz taktikasını və rolunu təkmilləşdirməklə regionda slavyan filologiyası və mədəniyyətini öyrənən yeganə elmi mərkəzə çevrilmişdir”. Peter Tase universitetin nüfuzunun ildən-ilə artdığını və dünyanın tanımış liderlərinin dəfələrlə BSU-nun qonağı olduğunu bildirir. O, yazır: “Rusiya Prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya patriarxı II Aleksey, Yunanıstan Respublikasının sabiq Prezidenti C. Stephanopulos, Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanov, Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, Rusiya Federasiya Şurasının sədri Serqey Mironov, Belarus Prezidenti Aleksandr Lukoşenko və digər şəxslər müxtəlif vaxtlarda universitetdə olmuş, qeyd kitabında öz imzalarını qoymaqdan məmnunluq duymuşlar”. Məqalənin sonunda müəllif universitetin bu gün Avropanın bir çox ali təhsil müəssisələri ilə sıx əlaqə saxladığını qeyd edir. O, BSU-nun hazırda multikulturalizm üzrə tədqiqatların da mərkəzi olduğunu vurğulayır.Müəllif fikrini belə yekunlaşdırır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altına həyata keçən bu siyasətin önündə gedən elmi mərkəzklərdən biri və birincisi BSU-dur”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info