“Vaşinqton “Rusiya təhlükəsi“nə görə narahat olmaqdansa, iqtisadiyyatı haqqında düşünsün”
Tarix: 26.10.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Bu gün Vaşinqton "Rusiya təhlükəsi"nə görə narahat olmaqdansa, zəifləməkdə olan iqtisadiyyatı haqqında düşünsə, daha yaxşı olar. ABŞ-ın maliyyə sistemi dağıla bilər”.
Bu fikirlər “United Press International” agentliyinin təqdim etdiyi şərhdə yer alıb. Agentliyin fikrincə, Qərbin bir çox gücləri yeni “soyuq müharibə” təhdidinə ciddi yanaşaraq, Rusiyanı əsas təhlükə mənbəyi kimi qəbul edirlər. Lakin bu, şişirtmə də ola bilər. Agentlik fikrini əsaslandırmaq üçün bir neçə dəlilə istinad edərək Rusiyanın Baltikyanı və Qara dəniz hövzəsində yerləşən NATO-ya üzv ölkələri təhdid etmək niyyətindən uzaq olduğunu bildirir. Agentlik hesab edir ki, prezident Putin Moskvanın təsir və nüfuzunu artırmaq üçün bir çox vasitələrə malikdir. Qeyd edilir ki, hazirda Rusiya prezidentinin reytinqi çox yüksəkdir. “Unutmaq lazım deyil ki, prezident Putinin nail olduğu belə bir reytinqə nail olmaq üçün amerikalı siyasətçilər ruhunu belə, satmağa hazırdırlar”- deyə agentlik qeyd edir. Müəllif diqqəti ABŞ -ın maliyyə strukturunda yaranan problemlərə yönəldir. Qeyd edilir ki, hazırda ABŞ-ı trilyon dollar büdcə kəsiri təhdid etməkdədir. ABŞ konqresinin büdcə idarəsi yeni proqnozlarla çıxış edərək, ölkənin xərcləri ilə yanaşı, ildən-ilə artan milli borcları barədə, həmçinin ABŞ-ın büdcə kəsiri barədə məlumat verib. Bu barədə ölkədə nəşr edilən “The National Interest” qəzeti məlumat yayıb. 2016-cı maliyyə ilində ABŞ federal büdcəsi gözlənildiyindən də artıq dərəcədə artıb. Məhz buna görə, büdcə idarəsi özünün büdcə kəsiri ilə bağlı proqnozunu 59 milyard dollar artırıb. 2015-ci illə müqayisədə büdcə kəsiri 35 faiz artıb. Büdcə idarəsi qeyd edir ki, kəsir 2024-cü ildə trilyon dollar olacaq. Qeyd edilməlidir ki, büdcə kəsirinin artımı ABŞ-ın federal borcuna da təsirsiz ötüşməyəcək. Bu isə prezident Obamanın hakimiyyətdə olduğu müddətdə -2009-cu ildən bəri təxminən üç dəfə çoxdur. Bu gün həmin rəqəm 19 trilyon dollar təşkil edir. Ümumiyyətlə, konqres ABŞ-ın milli borcunun artmaqda davam edəcəyini və on il ərzində ÜDM-in 86 faizinə çatacağını ehtimal edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info